“3D Secure” texnologiyası – VISA və Master Card beynəlxalq ödəniş sistemləri tərəfindən yaradılmış, ödəniş kartları ilə e-ticarət əməliyyatlarını daha da təhlükəsiz edən qlobal protokoldur. Master Card ödəniş sistemində bu servis “MasterCard Secure Code”, VISA ödəniş sistemində isə “Verified by VISA” adlanır.

“3D Secure” sisteminin əsas məqsədi e-ticarət saytları üzərindən alış-veriş edən və satışda olan şəxslərin ödəniş təhlükəsizliyinin təmin edilməsidir. Üç ölçülü təhlükəsizlik sistemi iştirakçıları – bank, alıcı və satıcı olmaq üzrə ödəmə prosesinə daxil olan üç tərəf nəzərdə tutulur. Bu üç tərəf arasında təhlükəsizlik şifrələnir və ya xüsusi təhlükəsizlik açarları sayəsində qorunur. Bu sistem sayəsində İnternet üzərindən aparılan ödəmə kart sahibinin telefonuna gələn qısa mesaj təsdiq kodu (4 rəqəmli) olmadan mümkün olmur. Beləliklə, kart sahibinin razılığı və xəbəri olmadan kartından ödəniş çəkilməsi mümkün deyil.
3D Secure sistemindən istifadə səbəbi nədir?
E-ticarət saytı üzərindən “3D secure” təhlükəsizlik sistemi istifadə edilərək ödəmə edildikdə ödəmə prosesi yalnız sms ilə bildirilən təsdiq kodu ilə tamamlanır. Bu sayədə itmiş və ya oğurlanmış kartdan istifadə edilməsinin qarşısını alır.
3D Secure sisteminin kart sahibinə faydaları nələrdir?
- 3D secure sistemi sayəsində internet üzərindən edilən ödəmələrdə kart məlumatları qorunur. Asanlıqla sistemə qeydiyyat aparılır;
- 3D secure sayəsində kart şifrəsi, şəxsi təhlükəsizlik sualının məxfiliyi qorunur;
- 3D secure xüsusi bir təhlükəsizlik sistemi olduğu üçün kart sahibindən başka digər şəxslər istifadə edə bilməzlər.
Müəllif: Elnur Quliyev

