Son illərdə bütün dünyada rəqəmsal texnologiyalar – blokçeyn, NFT, metaverse və xüsusilə kriptovalyutalara maraq xeyli artıb. Azərbaycanda da bu sektora artan maraq müşahidə olununmaqdadır. “Kripto Azərbaycan Facebook” qrupu 2020-ci illdən ölkəmizdə fərqli ixtisaslardan olan insanları bu sahədə maarifləndirmək missiyası ilə aparıcı Facebook kanallarından biri kimi seçilir. Kanalın əsas missiyası kriptovalyuta sektorunda fəaliyyət göstərən şəxsləri bir araya gətirmək, faydalı təcrübə mübadiləsi etmək və güclü komanda yaratmaqdır. Bununla bərabər, kanalın prioritetlərindən biri də insanları bu mürəkkəb və riskli sektor barədə maarifləndirmək və sektorla əlaqəli yeniliklərlə xəbərdar etməkdir.
Hazırda aktiv şəkildə xidmət göstərən “Kripto Azərbaycan Facebook” qrupu istifadəçilərə yeni xəbərlər, airdoplar, rəqəqmsal investisiyalar və digər maraqlı məlumatlar paylaşmaq imkanı verir. Bundan əlavə, qrup istifadəçiləri sektorla bağlı onları maraqlandıran sualları qrupda paylaşa bilir və nəticədə maraqlı faydalı informasiya mübadiləsi formalaşır. Zamanla daha da geniş auditoriyaya çatan və hazırda 8000 yaxın aktiv istifadəçiyə malik Kripto Azerbaijan qrupu ölkəmizdə ən aktiv kriptovalyuta kanallarından birinə çevrilib. Qrupda paylaşılan sual, xəbər və elanlar adminlər tərəfindən nəzarət olunur. Fake profillərin qrupa üzv olması, saxta və reklam xarakterli məlumatların paylaşılmasına imkan verilmir. Xüsusi vurğulamaq lazımdır ki, Kripto Azərbaycan qrupu peşəkar ölkəmizdə bu dinamik sektora öz töhfəsini vermək niyyətindədir. Qrupun gələcək hədəflərindən biri də istifadəçi bazasını genişləndirmək və güclü “kripto icma” yaratmaqla sənayedə liderliyini saxlamaqdır.

