Bitcoin: 50.000 dollar!

  Fevralın 12-si bitcoin son 2 il ərzində ilk dəfə olaraq 50.000 dollarlıq həddi keçməyi bacardı. Binance birjasında bitcoin 50.334 dollara qədər dəyər qazandı. Hazırda isə bitcoin 977 milyard dollar bazar kapitalizasiyası ilə 49.800 dollar ətrafında ticarət edilir. Bitcoin-in qiymətinin artmasına təsir edən əsas faktorlar: ABŞ Federal Ehtiyatlar Sisteminın (FRS) uçot faiz dərəcəsinin vaxtından əvvəl yendirəcəyi ilə bağlı gözləntilərin artması, birja ETF Fondlarının və korporativ şirkətlərin bitcoin-ə olan kəskin tələbətın yaranması və aprel ayında gözlənilən “bitcoin halving” hadisəsi.

   Məlumat üçün qeyd edək ki, yanvarda ABŞ-da inflyasiya indeksi 3,1% təşkil edib. Bu göstərici 2,9%-lik proqnozu qabaqlasa da, bir ay əvvəlkindən (3.4%) daha yaxşıdır. ABŞ-da inflyasiya indeksi hədəf qoyulan 2%-ə nə qədər tez yaxınlaşsa, FRS-in uçot dərəcəsinin yendirməsi ilə bağlı siyasətinə bir o qədər tez təsir göstərəcək. Faiz dərəcəsini aşağı salındıqda isə FRS sistemə likvidlik yeridərək açıq bazarda aktivlər əldə etməyə başlayır. Bazarda dollar çoxalır, kreditlər ucuzlaşır, investisiya mühiti yaxşılaşır. Bütün bunlar iqtisadi artımı sürətləndirir, biznesə və vətəndaşlara aşağı faiz dərəcələri vasitəsilə daha ucuz pul əldə etməyə imkan verir. Ucuz pul investorları risk tələblərini azaltmağa və yeni texnologiyalara, startaplara və kriptovalyutalar da daxil olmaqla digər riskli aktivlərə investisiya etməyi təşviq edir.

Müəllif:  Elnur Quliyev

Leave a Reply