Efiopiya hakimiyyəti bitcoin mayninqi üçün infrastrukturun yaradılmasına və ölkə vətəndaşlarının rəqəmsal texnologiyalara öyrədilməsinə 250 milyon dollar sərmayə qoymağı planlaşdırır. Hökümət bunun üçün Data Center Service şirkəti ilə müvafiq müqavilə imzalayıb. Mayninq infrastrukturunun inkişafının maliyyələşdirilməsini dövlətə məxsus olan “Ethiopian Investment Holdings” edəcək.
Efiopiya bərpa olunan enerji mənbələri, xüsusilə su elektrik stansiyaları və geotermal mənbələrlə zəngindir. Ölkə geniş çaylar şəbəkəsi ilə tanınır və onu Afrikada ən böyük su elektrik enerjisi istehsalçılarından birinə çevirir. Bu etibarlı və davamlı enerji təchizatı tələb edən bitcoin mayninqi üçün çox vacibdir. Efiopiyanın rəqabətədavamlı elektrik tarifləri əlverişli enerji variantları axtaran Çinin mayninqi şirkətlərinin diqqətini cəlb etməyə başlayıb. Efiopiyada bitcoin istehsalı ölkənin iqtisadi və texnoloji inkişafı üçün böyük potensiala malikdir. Zəngin bərpa olunan enerji mənbələri, rəqabətqabiliyyətli elektrik tarifləri və əlverişli tənzimləmə mühiti də daxil olmaqla unikal üstünlükləri ilə Efiopiya özünü kriptovalyuta maynerləri üçün cəlbedici məkana çevrilib. Məlumat üçün qeyd edək ki, Efiopiya 2022-ci ildən rəsmi olaraq Bitcoin mayninqini leqallaşdırıb və hökumət rəsmiləri ölkəsinin iqtisadiyyatına sərmayə qoyuluşu müqabilində rəqəmsal aktivləri mayininq etmək üçün xarici şirkətlərə lazım olan qədər enerji tutumunu ilə təmin edəcəklərini vəd edir.

Müəllif: Elnur Quliyev
