Donald Tramp: Bitcoin ilə ödəmək istəyənlər artıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilk kriptovalyutaya olan münasibətini dəyişib. O, prezident olduğu müddətdə bitcoin əleyhinə açıqlamalar verib və bunu fırıldaq adlandırırdı. Bununla belə, siyasətçi hazırda bitcoin ilə yaşaya biləcəyini deyir və ona artan tələbatı etiraf edir. 2024-cü ildə ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Tramp “Fox News”-a müsahibəsi zamanı Bitcoin-ə tələbatın artdığını etiraf edib və ölkədə kriptovalyuta bazarının tənzimlənməsi ideyasını dəstəkləyib.

Donald Tramp: “Dolları mənim xoşuma gəlir amma bir çox insanlar Bitcoin-dən istifadə edir və açığını desəm, onu bütün həyatları boyu saxlayırlar. Yəqin ki, bəzi tənzimləmələr olmalıdır, lakin bir çox insanın ondan istifadə etdiyi məlumdur. Bitcoin ilə ödəməyə hazır olan insanların getdikcə daha çox olduğunu görürəm, bu həyəcanvericidir. Hər halda, mən onunla yaşaya bilərəm”.

Leave a Reply