AZE BİLİŞİM FİNANS şirkətinin təşkilatçılığı ilə Azərbaycanda maliyyə savadlılığının artırılması məqsədilə “Rəqəmsal valyutalar investisiya aktivi kimi” mövzusunda təlimi təşkil edilmişdir. Təlimin keçirilməsində əsas məqsəd maliyyə texnologiyaları üzrə maraqlı olan şəxslərin kriptovalyuta bazarında müstəqil ticarət etmək bacarıqlarının artırılmasına dəstək göstərməkdir. Təlimdə müzakirə olunan əsas mövzular: rəqəmsal aktivlərin mahiyyəti, kriptovalyutaların qiymətinə təsir edən faktorlar, elektron cüzdanlar, rəqəmsal aktivlərin alqı-satqı üsulları və mövcud qazanc imkanları, kriptovalyutalar üzrə əsas risk faktorları, Azərbaycanda kriptovalyutanı asan almaq və satmaq qaydaları.
Təlimçi: Elnur Quliyev – maliyyə və rəqəmsal aktivlər üzrə ekspert, Crypto Consulting MMC və kriptoinvest.az portlalının təsisçisi, UNEC Biznes Məktəbinin müəllimi.





