Martın 11-i bitcoin (BTC) ilk dəfə olaraq 71.000 dollarlıq həddi keçərək Binance birjasında 72.800 dollara qədər dəyər qazandı. Hazırda isə bitcoin 1.4 trilyon dollar bazar kapitalizasiyası ilə 72.000 dollar ətrafında ticarət edilir. Bu qiymət ilə BTC ümumi bazar kapitalizasiyasının 52.2%-ni təşkil edir. BTC-nin qiymətinin artmasına təsir edən əsas faktorlar:
- birja “bitcoin spot ETF” Fondlarının və korporativ şirkətlərin bitcoin-ə olan kəskin tələbətın yaranması və kriptovalyuta bazarına əlavə kapitalın daxil olması;
- aprel ayında gözlənilən “bitcoin halving” hadisəsi. Statistik məlumatlara əsasən, BTC-nin qiyməti həmişə halvinqdən bir neçə ay əvvəl artmağa başlayıb və sonradan növbəti tarixi maksimum qiymətə qədər yüksəlib;
- ABŞ Federal Ehtiyatlar Sisteminın (FRS) uçot faiz dərəcəsinin vaxtından əvvəl yendirəcəyi ilə bağlı gözləntilərin artması.
Bitcoin 72.000 dollar səviyyəsində qala bilsə deməli növbəti “bitcoin ralli” davam edəcək, əgər qala bilməsə qiymət korreksiyasını müşahidə edəcəyik. Texniki təhlil nöqteyi-nəzərindən ciddi qiymət düşməsi baş verərsə bu zaman, güclü dəstək səviyyələri təxminən 65.000 və 63.000 dollar ətrafında olacaqdır.
Bazar kapitalizasiyasına görə 2-ci ən böyük kriptovalyuta olan ethereum isə 4.000 dolları test edərək 4.086 dollara qədər dəyər qazandı. Qiymət artımına təsir edən 2 əsas amil var:
- ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) tərəfindən “ethereum spot ETF” təsdiqlənməsi ilə bağlı gözləntilərin artması. SEC may ayında ETH spot ETF təqsdiqlənməsi ilə bağlı qərar verməlidir və böyük ehtimal varki müsbət nəticələnək;
- Ethereum-un səmərəliliyini və ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq Dencun (Cancun-Deneb) yeniləməsi gözləntisi. Bu, 2023-cü ilin aprelində aktivləşdirilmiş Shapella-dan sonra ETH-in ikinci ən böyük kriptovalyutanın ilk irimiqyaslı yeniləməsidir. Yenilənmə martın 13-də planlaşdırılıb.
Bazar kapitalizasiyası 485 milyard dollar olan ethereum (ETH) hazırda ümumi kriptovalyuta bazarının 18%-ni təşkil edir.
Müəllif: Elnur Quliyev

