Kriptovalyuta bazarına 10 birja nəzarət edir

Avropa Qiymətli Kağızlar və Bazarlar Təşkilatı (ESMA) kriptovalyuta bazarının vəziyyətini təhlil edərək hesabat dərc edib. Hesabata əsasən, kriptovalyuta bazarı yüksək konsentrasiyaya malikdir, üç ən böyük kriptovalyuta – Bitcoin (BTC), Ether (ETH) və stabilcoin Tether (USDT) ümumi bazar kapitallaşmasının 74%-ni təşkil edir. Eyni zamanda, bütün əməliyyatların 88%-i 10 ən böyük kriptovalyuta birjası tərəfindən işlənir. Binance illik 3,7 trilyon dollar – ümumi həcmin 49%-i ilə birinci yerdədir. İkinci yerdə isə ticarət həcminin yalnız 7%-nə nəzarət edən Upbit birjası qərarlaşıb.

ESMA-nın hesabatına əsasən maraqli statistika:

  • Əməliyyatların yalnız 20-30%-i fiat valyutalarını əhatə edir.
  • Kripto-fiat əməliyyatlarının 80%-i ABŞ dolları və Koreya vonundadır.
  • Stabilkoinlər bütün əməliyyatların 60%-də iştirak edir.
  • Bütün stabilcoin əməliyyatlarının 90%-i USDT ilə aparılır.

Müəllif:  Elnur Quliyev 

Bir cavab yazın