Kriptovalyutalar investisiya aləti kimi kifayət qədər riskli aktivlərdi. Lakin riskli olmasına baxmayaraq kriptovalyutalar investorlar üçün gəlirlilik baxımından olduqca cazibədar aktivə çevrilməyi bacarıb. Son aylarda sürətlə dəyər qazanan bitcoin bir çox investorlar üçün artıq çox bahadır, bu səbəbdən, onlar qiyməti nisbətən aşağı olan lakin daha prespektivli altkoinlərə investisiya etməyə üstünlük verməyə çalışırlar. Odurki, yeni başlayan kripto-investorlar üçün aşağıdakı mühüm tövsiyyələrim olacaq.
İlk növbədə, əgər bu sektora yatırım etmək qərarına gəlmisinizsə qətiyyən vaxtı gecikdirməyin. İnvestisiya etmək üçün optimal zamanın düzgün seçilməsi strateji faktordur. Vacib deyil ki, siz mütləq şəkildə iri məbləğ ilə yatırım edəsizniz. Kiçik kapital ilə də siz kripto investor ola bilərsiz. Əsas odur ki, nədənsə başlayın. Çünki investor olduqdan sonra sizin real təcrübəniz artacaq və kriptovalyutaların xüsusiyyətlərini daha yaxşı anlayacaqsınız.
İkincisi, çalışın üzünmüddətli mövqedə yatırım planı qurun və investisiya portfelinizi mütləq şəkildə diversifikasiya edin. Yəni, investisiyanızı bir və ya iki aktivdə saxlamayın. Tövsiyyə edərdim ki, investisiya portfelinizi: 40%-ni bitcoin/ethereum, 40%-ni özünü doğrultmuş prespektivli altkoinlərdə (Matic, Arbitrum, Chainlink, Algorand, İoTex, Gala, İMX, Near, GRT, Sand, Enjin, CHZ, İota, Solana, Tezos, XRP, ADA və s.), 20%-ni isə nisbətən daha riskli lakin yüksək gəlir vəd edən rəqəmsal aktivlərdə (mem koinlər – Dogecoin, Floki, Bonk, Pepe, Brett və s.) saxlamağınız daha effektiv olar. Altkoinləri seçərkən diqqətli olun, hərtərəfli analiz edin və hissləriniz ilə qərar verməyin. Bazar kapitalizasiyası 500 milyon dollardan az olan altkoinlər xüsusilə riskli hesab edirəm. Əsas məqam odur ki, siz investisiya etdiyiniz zaman konkret aktiv üzrə fundamental faktor və texniki analiz üst-üstə düşsün. Çünki, kriptovalyuta bazarında hər zaman kəsiyinin öz “ulduz kriptovalyutaları” olur. Yəni, investisiya qərara verdiyiniz an və konkret investisiya etdiyiniz zaman fəqrində kriptovalyutanın dəyəri kəsin qalxa və ya enə bilər.
Üçüncüsü, rəqəmsal aktivlərə investisiya etdikdən sonra onların təhlükəsiz saxlanmasına əmin olmalısınız. Bunu təmin etmək üçün aşağıdakı mühüm qaydalara əməl etmək lazımdır:
- Asan və sadə parollardan istifadə etməyin. Çalışın 1 parolda eyni zamanda böyük və kiçik həriflər, rəqəmlər və əlavə simvol olan mürrəkkəb kombinasya olsun. Elektron cüzdan və ya birja hesablarınız üzrə parolları paralel olaraq yazılı formada da saxlayın;
- İki faktorlu autentifikasiyadan (2FA) istifadə edin. Bu, başqası sizin parolunuzu əldə etsə belə, hesablarınıza icazəsiz girişin qarşısını almağa kömək edəcək;
- Fişinq fırıldaqlarından ehtiyatlı olun. Yəni, şübhəli sayt və e-poçtlardan sizə gələn linklərə daxil olaraq şəxsi məlumatlarınızı paylaşmayın.
Təcrübə onu göstərir ki, uğurlu investor olmaq üçün 4 önəmli faktor olmalıdır: informasiya, kapital, risk etmə bacarığı və bir az da şans. Kriptovalyutalar bir investisiya mədəniyyətidir. Kripto investor olmaq heç vaxt gec deyil. Kiçik məmbləğ ilə də kripto investor ola bilərsiniz. İnvestisiya etmisinizsə səbrli olub gözləməyi bacarmalısınız. Mümkün qədər borc kapital ilə investisiya etməyin. Çalışın daha çox uzunmüddətli mövqədə olan investisiya strategiyasını seçin. Bu sektorda ən çox qazanan uzünmüddətli investorlardır. Əgər sizin iqtisadi-texniki bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə, o zaman çalışın rəqəmsal valyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin.
Müəllif: Elnur Quliyev

