Honq Konq bitcoin və ethereum spot ETF-ləri təsdiqlədi

Honq Konqun Qiymətli Kağızlar və Fyuçers Komissiyası (SFC) Bosera Asset Management, China Asset Management və Harvest Global şirkətlərindən Bitcoin və Ethereum üçün spot birja fondlarının (ETF) istifadəyə verilməsini təsdiqləyib. Bu qərar dünyada kriptovalyutalara marağın artması fonunda verilib. ETF-lər Honq Konq Fond Birjasında (HKSE) listinq ediləcək.

Texnoloji tərəfdaş rolunu SFC lisenziyalı kriptovalyuta platforması OSL Digital tərəfindən yerinə yetiriləcəyi gözlənilir. Depozitar xidmətlərinin göstərilməsi Çin Mərkəzi Bankı tərəfindən idarə olunan BOC International Prudential Trusteeship operatoruna həvalə olunacaq.

Leave a Reply