15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində 17-ci “Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı” (“Caspian Agro“) və 29-cu “Azərbaycan Beynəlxalq Qida Sənayesi” (“İnterFood Azerbaijan“) sərgiləri keçiriləcək. Sərginin məqsədi keyfiyyətli məhsulları bazara çıxarmaq, habelə iştirakçılar ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaqdır. Sərgilərdə müxtəlif kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, qənnadı, ət və ət məhsulları, şirələr, çaylar, süd və süd məhsulları, tütün və digər məhsullar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar nümayiş olunacaq. Sərgilər dünyanın müxtəlif ölkələrindən kənd təsərrüfatı üzrə idxalçıları, ixracatçıları, distribyutorları, topdan və pərakəndə satış təmsilçilərini, aparıcı istehsalçıları bir araya gətirəcək.
Sərgi kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir araya toplayacaq. Sərgi iştirakçıları arasında Azərbaycanla yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya Federasiyası, Serbiya, Türkiyə şirkətləri yer alacaq. Sərgidə ilk dəfə olaraq “Agro Hackathon” müsabiqəsi keçiriləcək. Sözügedən müsabiqədə proqram tərtibatçıları, interfeys dizaynerləri və kompüter proqramçılarından təşkil olunan komandalar bir araya gələrək kənd təsərrüfatı sahəsinə aid texnoloji həllər tapacaq və yeni layihələr ərsəyə gətirəcəklər. Qalib komandalar pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
“InterFood Azerbaijan” sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilir. Sərgi həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı – “Caspian Event Organisers”. Tədbirin proqramı bu linkdə. Onlayn qeydiyyatdan keçməklə, siz sərgiyə daxil olarkən vaxtınıza qənaət etmiş olacaqsınız. Sərginin iş saatları:
- 15 may, Çərşənbə 11:00 – 19:00
- 16 may, Cümə axşamı 10:00 – 19:00
- 17 may, Cümə 10:00 – 18:00
Qeyd: Sərgiyə “Koroğlu” metro stansiyasından – N 136, 160, 171 ilə gəlmək olar.
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir qayda olaraq hər il ziyarət edir. Bu dəfəki sərgidə Belarus prezidenti Aleksandr Lukaşenkonun da iştirakı gözlənilir.
Sərgidə ETE Group MMC milli panko brendləri olan “ERA Panko” və “ETE Panko” məhsulları ilə təmsil olunacaq. ETE Group MMC panko məhsulunun Azərbaycanda ilk və yeganə istehsalçısı şirkətidir. Şirkətin əsas məqsədi ölkə istehlakçılarına premium panko məhsulunu tanıtdırmaq, daxili bazarın ehtiyaclarını qarşılaya bilən, keyfiyyət, dizayn və qiymət baxımından yüksək rəqabətli milli brendi yaratmaqdır. Hazırda şirkətin ERA Panko və ETE Panko adlı iki brendi var. ETE Group MMC-nin strateji missiyası idxalı əvəz edən və ixrac potensialı olan “Made in Azerbaijan” milli panko brendini yaratmaqdır.

