Binance CEO-na 4 aylıq həbs cəzsı verildi

ABŞ-nin Seattle Federal Məhkəməsi dövriyyəsinə görə dünyanın ən böyük kriptovalyuta birjası Binance-nin təsisçisi və keçmiş baş direktoru Changpeng Zhao (CZ) ilə bağlı dörd aylıq həbs cəzası hökmü çıxarıb. Dinləmə zamanı hakim Richard A. Jones ABŞ Ədliyyə Nazirliyinin CZ-yə üç il həbs cəzası vermək tələbini rədd edib. Səbəb kimi müttəhimə birjada qeyri-qanuni fəaliyyətlər barədə məlumat verildiyinə dair heç bir sübutun olmaması idi. Məhkəmədə son sözlə çıxış edən CZ etiraf edib ki, rəhbərlik etdiyi müddətdə Binance-də mövcud qanunvericilin tələblərinə tam cavab verən effektiv müştəri yoxlama sistemi (KYC) və çirkli pulların yuyulmasına qarşı (AML) sistemi qura bilməyib.

Leave a Reply