AZE BİLİŞİM FİNANS şirkətinin təşkilatçılığı ilə Azərbaycanda maliyyə savadlılığının artırılması məqsədilə təlim keçiriləcək. Təlimin keçirilməsində əsas məqsəd maliyyə texnologiyaları üzrə maraqlı olan şəxslərin kriptovalyuta bazarında müstəqil ticarət etmək bacarıqlarının artırılmasına dəstək göstərməkdir. Təlim 01 iyun tarixində saat 12.00-da “Azure Business Center”-də keçiriləcək. Təlim ödənişsizdir. Qeydiyyat üçün bu linkə daxil olun. Təlimdə iştirakçı sayı məhdud olduğu üçün öncədən qeydiyyatdan keçmək mütləqdir. Seçilmiş namizədlərə iştirak üçün dəvət göndəriləcək.
Təlimdə müzakirə olunacaq mövzular: Rəqəmsal aktivlərin mahiyyəti, ilk kriptovalyuta – Bitcoin, kriptovalyutaların qiymətinə təsir edən faktorlar, elektron cüzdanlar, rəqəmsal aktivlərin alqı-satqı üsulları və mövcud qazanc imkanları, kriptovalyutalar üzrə əsas risk faktorları, Azərbaycanda kriptovalyutanı asan almaq və satmaq qaydası.
Təlimçi: Elnur Quliyev – maliyyə və rəqəmsal aktivlər üzrə ekspert, Crypto Consulting MMC və kriptoinvest.az portlalının təsisçisi, UNEC Biznes Məktəbinin müəllimi.

Əlaqə:
Çağrı mərkəzi: *7800
Whatsapp xətti: 051 666 99 99
