Azərbaycanda son zamanlar populyarlıq qazanan radio kanalı Yurd FM (90.7 fm) “Bizdən soruş” verlişində hazırda aktual mövzulardan biri olan rəqəmsal valyutalar və kripto investisiyalar mövzuları müzakirə edilib. Verlişdə qonaq qismində maliyyə və kriptovalyutalar üzrə ekspert, Crypto Consulting MMC-nin təsisçisi və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bu mövzuda olan sualları cavablandırıb. “Bizdən soruş” layihəsinin rəhbərləri Zaur Hacıyev, Fidan Orucəliyeva və Cəmil Əkbərov ilə birlikdə rəqəmsal valyutaların mahiyyəti, ilk kriptovalyuta – Bitcoin, kriptovalyutaların qiymətinə təsir edən faktorlar, elektron cüzdanlar, mövcud qazanc imkanları, kriptovalyutalar üzrə əsas risk faktorları, Azərbaycanda kriptovalyutaları asan almaq və satmaq qaydaları barədə müzakirə aparılıb. Yurd FM-də “Bizdən soruş” layihəsi həftənin 3 günü (1,3,5) yayımlanır və gündəmdə olan aktual mövzular müvafiq sahənin ekpsertləri ilə müzakirə edilir.
Yurd FM radiosu 2022-ci ilin noyabr ayından yayıma başlayıb. Yayımı eyni zamanda dünyanın istənilən ölkəsində internet üzərindən www.yurdfm.az saytına daxil olmaqla dinləmək mümkündür. Yurd FM radiosu, Azərbaycan xalq musiqisi, muğam, mahnı, təsnif, instrumental musiqi, aşıq musiqisi və milli rəqs musiqisi formatında fəaliyyət göstərir. Radionun əsas məqsədi Azərbaycan xalq musiqi janrlarının gənc nəsil tərəfindən dinlənilməsi və sevilməsi işinə tövhə vermək, müasir xalq musiqisi ifaçılarının yaradıcılığını radio efirində geniş təbliğ etməkdir.






