Telegram-ın baş direktoru Pavel Durov iyunun 6-sı “Telegram Stars” tokenləri ilə yeni rəqəmsal ödəniş sisteminin istifadəyə verildiyini açıqlayıb. P. Durov bildirib ki, Telegram istifadəçiləri yeni Stars tokeni ilə sosial messencer ekosistemində rəqəmsal mal və xidmətlər üçün ödəniş edə biləcəklər. O, əlavə edib ki, Stars tokeni Apple və Google rəqəmsal məhsullarının satış siyasətlərinə uyğundur və onu Apple App Store və Google Play Store-da tətbiqdaxili alış sistemi və ya PremiumBot botundan istifadə etməklə almaq olar.
Telegram reklamı subsidiyalaşdıracaq və tərtibatçıları Telegram-da rəqəmsal məhsullar yaratmaq üçün iqtisadi cəhətdən həvəsləndirəcək. Eyni zamanda, proqram tərtibatçıları Fragment mübadilə servisi vasitəsilə Stars tokenlərini TonCoin (TON) ilə dəyişdirə biləcəklər.

