Avto FM radiosunda rəqəmsal valyuta və investisiya mövzusu

Azərbaycanda son zamanlar populyarlıq qazanan radio kanalı Avto FM (107.7 fm) “Maliyyəçi” verlişində hazırda aktual mövzulardan biri olan rəqəmsal valyutalar müzakirə edilib. Verlişdə qonaq qismində maliyyə və kriptovalyutalar üzrə ekspert, Crypto Consulting MMC-nin təsisçisi və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bu mövzuda olan sualları cavablandırıb. “Maliyyəçi” verlişinin aparıcısı və “Neftçi” futbol klubunun maliyyə direktoru Namiq Əlizadə ilə birlikdə elektron pullar və rəqəmsal valyutaların mahiyyəti, ilk kriptovalyuta – Bitcoin, kriptovalyutaların qiymətinə təsir edən faktorlar, kriptovalyutaların alqı-satqı üsulları, mövcud qazanc imkanları, kriptovalyutalar üzrə əsas risk faktorları, forex bazarı ilə kriptovalyuta bazarı arasındakı fərqlər, UNEC-də MBA proqramı üzrə rəqəmsal valyutalar ilə bağlı tədrisin aparılması, elektron cüzdanlarda təhlükəsizlik qaydaları, dünyada və Azərbaycanda kriptovalyutaların tənzimlənməsi təcrübələri, rəqəmsal investisiyaların xüsusiyyətləri barədə müzakirə aparılıb.

“Maliyyəçi” layihəsi Avto FM radiosunda 2024-ci ildə yayıma başlayıb. “Maliyyəçi” verlişi Rəhman Rəsulov və Namiq Əlizadənin təqdimatında həftənin 3 günü (2,3,4) saat 10.00-dan 11.00-a kimi yayımlanır. Verlişdə Azərbaycanda maliyyə və biznes mühiti ilə əlaqəli gündəmdə olan aktual mövzular müvafiq sahənin ekpsertləri ilə müzakirə edilir.

Leave a Reply