6 il hərəkətsiz olan cüzdan Binance birjasına 8000 BTC köcürdü

2018-ci ildən bəri hərəkətsiz olan bitcoin cüzdan iyunun 11-i ticarət həcminə görə ən böyük birja olan Binance-yə 8000 BTC (təqribi 535 milyon dollar) köçürdü. Lookonchain analitikləri bu faktoru qeydə alıb. Həmin bitkoinlər 2018-ci ilin dekabrında 3800 dollar məzənnəsi ilə alınıb və ümumilikdə investora 30,4 milyon dolla başa gəlib.

Məlumat üçün qeyd edək ki, Chainalysis portalının aprel ayı üzrə hesabatına əsasən 1,75 milyon bitcoin cüzdanlar 10 ildən artıqdır ki, hərəkətsizdir. Bu cüzdanlarda ümumi bitcoin emissiyanın 8,5%-i, yəni 1,798,681 BTC var.

Leave a Reply