Iran Mərkəzi Bankı rəqəmsal valyuta buraxdı

İran Mərkəzi Bankı iyunun 21-dən Kiş adasındakı azad ticarət zonasında rəqəmsal rialı dövriyyəyə buraxacaq. İstifadəçilər ştrix-kodu skan etməklə alış-veriş edə və pul köçürə biləcəklər. Rəqəmsal rial ilk dəfə Kiş adasında pilot mərhələdə istifadəyə veriləcək və bu layihədə hələ ki, İranın Mellat və Tejarat bankları iştirak edir. 21 iyun 2024-cü ildən etibarən bank şəbəkəsinin müştəriləri kağız pul və ya bank kartlarından istifadə etmədən, sadəcə olaraq rəqəmsal riallı pul kisəsindən istifadə etməklə yeni üsulla alış-veriş edə biləcəklər. Həmçinin digər müştərilərin pul kisələrinə pul köçürə biləcəklər.

İran Mərkəzi Bankı qeyd edir ki, ölkədə istifadə olunan digər elektron pullardan fərqli olaraq, “rəqəmsal rial alıcı və satıcı arasında pul köçürməsi üçün banklararası hesablaşma tələb etmir”, onlar əməliyyatdan sonra dərhal satıcının istifadəsinə verilir. Bəyanatda bildirilir ki, bu ödəniş üsulu ənənəvi bank kartlarından istifadə etməklə həm daha sadə, həm də təhlükəsizdir.

Leave a Reply