24-26 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı ilə “5-ci Yerli şirkətlərin tanıtım sərgisi” baş tutacaq. “Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Ziyarətçilər üçün giriş ödənişsizdir.
Sərginin tərəfdaşları: İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasıdır.
Sərginin iş vaxtı saat 10:00-18:00. Qeydiyyat üçün: https://bit.ly/3wCsw3B
Qeyd: ziyarətçiləri üçün 24-26 iyun tarixlərində ödənişsiz avtobus marşrutu xidmət göstərəcək. Marşrut xətti: Koroğlu Metro Stansiyası (Heydər Əliyev prospekti, “Alov” parkı çıxışı) – Bakı Ekspo Mərkəzi. Marşrut 3 gün ərzində saat 10:00-16:30 aralığında hər iki istiqamətdə hərəkətdə olacaq.

