Mt.Gox birjası təzminat ödənişi tarixini açıqlayıb

İflas etmiş MtGox kriptovalyuta birjasının menecerləri iyul ayında zərər çəkmiş müştərilərə bitcoin və bitcoin cash ilə təzminat ödəməyə başlamaq planlarını açıqladılar. Müştərilərə 142 000 bitcoin, 143 000 bitcoin cash və 69 milyard Yapon yen ödəniləcəyi vəd edilir. Bu xəbərdən sonra kriptovalyuta bazarında ciddi qiymət korreksiyası müşahidə edilib. Bitcoin 60.565 dollara qədər dəyər itrdi.

Məlumat üçün qeyd edək ki, Mt.Gox dünyanın ilk və ən populyar bitcoin birjalarından biri idi. 2014-cü ilin fevral ayında birja fəaliyyətini dayandırdı və haker hücumu səbəbindən 850.000 BTC-dən çox itkisi olduğunu elan etdi. Bunlardan təxminən 200.000 BTC sonradan bərpa edildi. Həmin vaxtdan bəri 24.000-dən çox birja müştərisi vəsaitlərinin geri qaytarılmasını gözləyir. Mt.Gox birjasına ilk haker hücumu 2011-ci il 19 iyunda baş verib və birjadan 8.5 milyon dollar dəyərində rəqəmsəl aktivlər oğurlanıb. Nəticədə birja bir həftə offline rejimdə olub. Xakerlər birjada bitcoin-in qiymətini süni olaraq 17 dollardan 1 sentə yendirdikdən sonra bitcoinləri alaraq onları öz elektron hesablarına köçürməyi bacarmışdılar. Sonrakı illərdə də birjaya növbəti haker hücümları davam etdi və texnologiya baxımından yüksək səviyyədə təhlükəsizlik sisteminin olmamsı Mt.Gox-un hesablarından hakerlər tərəfindən ümumilikdə 850.000 BTC-nin oğurlanmasına səbəb oldu. 2014-cü ilin fevral ayında Mt.Gox artıq iflas olduğunu etiraf edir.

Leave a Reply