m10 ilə Binance birjasına mədaxil və məxaric imkanı əlavə edildi

Azərbaycanda rəqəmsal valyutaların ticarəti və mədaxil-məxaric prosedurlarının asanlaşdırılması istiqamətində daha bir yenilik edildi. Dövriyyəsinə görə ən iri kriptovalyuta birjası olan Binance ilə Azərbaycanın ödəniş platforması m10 arasında əməkdaşlıq müqaviləsinə əsasən istifadəçilər komissiya xərci ödəmədən birjaya manat ilə mədaxil və ya məxaric edə biləcəklər. Bu, Azərbaycandan olan Binance istifadəçiləri üçün əla fürsət olacaq və birjada olan rəqəmsal aktivlərin milli valyutaya konvertasiya prosedurunu daha da asanlaşdıracaq.

Leave a Reply