CFTC: Bitcoin və Ehtereum qiymətli kağız deyil

ABŞ-ın Əmtəə Fyuçersləri Ticarət Komissiyasının (CFTC) rəhbəri Rostin Behnam Senatda cıxışı zamanı bildirib ki, bazar kapitallaşmasına görə iki ən böyük kriptovalyuta olan Bitcoin və Ethereum qiymətli kağızlar deyil, əmtəədir. CFTC sədri hesab edir ki, agentlik kriptovalyuta bazarına tam nəzarət etməlidir. Rostin Behnam qeyd edib ki, kriptovalyuta bazarının yüksək volatilliyinə və kriptovalyuta kreditorlarının iflası ilə bağlı sənayedə çoxsaylı qalmaqallara baxmayaraq, kriptovalyuta sektoruna getdikcə daha çox nüfuzlu maliyyə şirkətləri cəlb olunur. Buna görə də R.Behnam investorları qorumaq üçün dəqiq qaydaların olmamasından narahatlığını ifadə edib və ABŞ Konqresini bu məsələ üzərində işləməyə çağırıb.

CFTC rəhbərinin mövqeyi, bitcoin istisna olmaqla, bütün kriptovalyutaların qiymətli kağızlar kimi təsnif edilməli olduğunu iddia edən SEC (Qiymətli Kağızlar və Birjaları üzrə Komissiyası) sədri Gary Gensler ilə tamamilə ziddiyyət təşkil edir. G.Gensler bu yaxınlarda xəbərdarlıq etdi ki, kriptovalyuta platformaları maliyyə məlumatlarını açıqlasa belə, bu, onları SEC-in məhkəmə iddialarından qoruya bilməyəcək.

Leave a Reply