Dərialtına implantasiya edilmiş kripto cüzdan – Apex

Amerikanın iki şirkəti – Dangerous Things və VivoKey Technologies, insan orqanizminə implantasiya edilmiş Apex kriptovalyuta cüzdanı (pul kisəsi) hazırlayıb. Bu şirkətlər artıq bir neçə ildir ki, NFC və RFID (radio tezlik identifikasiyası) texnologiyalarını dəstəkləyən cihazları implantasiya edir. Planşet ölçülü Apex cüzdanı bitcoin-ə giriş əldə etmək üçün lazım olan məlumatları saxlamaq üçün insanın dərisinin altına implantasiya edilmiş çiplərdən istifadə edir. Çipdən gələn siqnallar smartfonlar və digər qurğular tərəfindən oxunur və sahibinə əməliyyatlar aparmağa imkan verir. Kripto cüzdan bir neçə kriptovalyutanı dəstəkləyir, onların açarları birbaşa implantasiya edilmiş cihazda saxlanılır. Cihaz hazırda müxtəlif blokçeynlərdə SatochipStatus IM cüzdanlarını, Seedkeeper tətbiqini dəstəkləyir. Apex-in qiyməti 349 dollardır.

Apex – biohacking sənayesinin məhsuludur, burada insanlar texnologiyadan istifadə edərək bədənlərini medifikasiya etməklə eksperiment aparırlar. Biohackerlər, qapıların açılmasından tutmuş alış-verişin ödənilməsinə qədər müxtəlif məqsədlər üçün implantasiya edilə bilən çiplərdən istifadə edirlər. Apex yalnız kriptovalyutaların saxlanması üçün deyil, həm də məlumatların girişinə nəzarət kimi digər vəzifələr üçün də istifadə edilə bilər. Texnologiya “botların artan problemi” ilə mübarizə aparmağı hədəfləyir və məxfiliyi təmin etmək üçün şəxsin şəxsiyyətinin yoxlanılmalı olduğu airdrops və ya tranzaksiya təhlili kimi əməliyyatlar üçün vacibdir.

Müəllif:  Elnur Quliyev

Leave a Reply