Donald Trampa sui-qəsd cəhdindən sonra mem koinlər bahalaşıb

İyulun 13-də seçki kampaniyası zamanı çıxışı zamanı ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd edilib. Hadisədən sonra siyasətçi ilə bağlı mem koinlərin (MAGA, Trumps Hat, Doland Tremp) qiymətlrində kəskin artım olub. ABŞ prezidentliyinə namizəd Donald Tramp iyulun 25-27-si Tennessi ştatının Nashville şəhərində keçiriləcək “Bitcoin 2024” konfransında çıxış etməyi planlaşdırılmışdı. Konfransın təşkilatçısı olan “Bitcoin Magazine”-nin rəhbəri Devid Beyli Trampın seçki kampaniyasında məsləhətçisi kimi çıxış edir.

MAGA tokeni (TRUMP) bir gündə 51% artaraq 9.40 dollara yüksəldi və ümumi bazar kapitalizasiyası isə 420 milyon dollara çatıb.

Trumps Hat (MAGA) da 34.5% bahalaşaraq 0.001176 dolları keçib.

Solana əsaslı mem tokeni Doland Tremp (TREMP) 27% dəyər qazanaraq 0,51 dollara çatıb. Tokenin bazar kapitalizasiyası 50 milyon dollara yüksəldi.

Donald Trampa sui-qəsd cəhdindən sonra Polymarket proqnoz bazarında onun qalib gəlmə şansı 60%-dən 70%-ə yüksəldi. İstifadəçilərin hazırkı prezident Co Baydenə inamı 17%-ə düşüb. Məlumat üçün qeyd edək ki, iyun ayında Tramp özünü “kripto-prezident” adlandırıb və Demokratların kriptovalyuta sənayesini tənzimləmək cəhdlərini tənqid etmişdi.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply