Larry Fink: Bitcoin haqqında yanılmışdım

Dünyanın ən böyük investisiya şirkətlərindən biri olan BlackRock-un baş direktoru Larry Fink CNBC telekanalında müsahibəsi zamanı ilk kriptovalyuta ilə bağlı səhv etdiyini və indi onun açıq tərəfdarına çevrildiyini bildirib. Bir neçə ildir ki, o, ilk kriptovalyutaya şübhə ilə yanaşırdı lakin indi onun sözlərinə görə, fikrini tamamilə dəyişib. Larri Fink, indi Bitcoin-i rəqəmsal qızıl kimi qəbul etdiyini qeyd edib. O, bitcoin-in investisiya portfellərində öz yerini tutduğunu və hələ də bazarda ilk kriptovalyutanın dəyərini anlamayanların çox olduğunu vurğulayıb.

Larry Fink: “Mən Bitcoin skeptik idim amma məsələni araşdırdım və indi açıq bitcoin tərəfdarıyam”.

Leave a Reply