Bitcoin 67.000 dollar – səbəb?!?

İlk kriptovalyuta olan bitcoin ötən həftə 67.000 dolları həddi keçərək 68.383 dollara qədər qazandı. Kriptovalyuta bazarında qiymətlərin artmasına təsir edən 2 əsas xəbər oldu:

– İyulun 16-sı ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) rəhbəri Jerome Powell-in çıxışı sentyabr ayında uçot uçot dərəcəsinin endirilməsi ehtimalını artırdı. Jerome Powell çıxışı zamanı FRS-in uçot faiz dərəcələrini azaltmağa başlamazdan əvvəl inflyasiyanın 2%-ə düşməsini gözləməyəcəyi barədə xəbərdarlıq edib. Jerome Powell Bank Komitəsinin dinləmələri zamanı qeyd edib ki, ABŞ iqtisadiyyatı artıq müsbət dinamikada inkişaf edir və əmək bazarı pandemiya dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Onun sözlərinə görə, uçot faiz dərəcələrinin aşağı salınması məsələsi getdikcə daha məcburedici xarakter alır. Pauell bildirib ki, son aylarda inflyasiya yaxşılaşır ki, bu da monetar siyasətin yumşaldılması üçün əsas yaradır. Bu o dəməkdir ki, yaxın aylarda uçot faiz dərəcəsinin aşağı endirilməsi müşahidə edəcəyik. FRS-in uçot faiz dərəcəsini endirməsi ilə bitcoin və digər riskli aktivlərin qiymətinin qalxma ehtimalı olduqca yüksəkdir.

– ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkilərdə qələbə qazanması ehtimalının yüksək olması kriptovalyuta sektoru üçün olduqca müsbət qiymətləndirilir. Bitcoin tərəfdarı kimi tanınan Tramp iyun ayında özünü “kripto-prezident” adlandırmışdı və Demokratların ABŞ-da kriptovalyuta sənayesini tənzimləmək cəhdlərini tənqid etmişdi. İyulun 13-də seçki kampaniyası zamanı çıxışı zamanı Trampa sui-qəsd cəhdindən sonra onun qalib gəlmə şansı 60%-dən 70%-ə yüksəlmişdi. O, ved verib ki, hakimiyyətə gələn kimi kriptovalyuta sektorunu tənzimlənməsi prosesini sürətləndirəcək və rəqəmsal valyutalar üçün münbit şərait yaradılacaq.

CoinMarketCap.com-a əsasən 22.07.2024 tarixinə kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin ümumi bazar kapitalizasiyası 2.44 trilyon dollar təşkil edir. Bitcoin-in qiyməti 67.311 dollar, bazar kapitalizasiyası 1.3 trilyon dollarla ümumi bazar kapitalizasiyasının 54.3%-ni təşkil edir. 

Müəllif:  Elnur Quliyev 

Leave a Reply