ABŞ bitcoin ilə dövlət borcunu azalda bilər

Vayominqdən olan amerikalı respublikaçı senator Cynthia Lummis iyulun 25-27 tarixlərində Tennessi ştatının Nashville şəhərində təşkil edilən “Bitcoin 2024” konfransında çıxışı zamanı bildirib ki, ABŞ bitcoin-in köməyi ilə milli borcunu azalda bilər. Siyasətçinin sözlərinə əsasən, dövlət ilk kriptovalyutaya sərmayə qoyarsa amerikalıları parlaq gələcək gözləyir. Senator, sayı 1 milyon bitcoin olan dövlət ehtiyatı yaradacaq qanun layihəsinin anonsunu verdi. Bitcoin ilə ehtiyatın yaradılması artan inflyasiyanın fonunda dolları gücləndirəcək və qlobal maliyyə sistemində ABŞ liderliyini qoruyub saxlayacaq. O hesab edir ki, ilk kriptovalyuta Amerikanın balansında ən azı 20 il saxlanılmalıdır və bitkoinlərin xərclənə biləcəyi yeganə şey hazırda 34 trilyon dolları keçən milli borcun ödənilməsidir.

Cynthia Lummis: “Strateji Bitcoin Ehtiyatının yaradılması 21-ci əsrdə dolların dünyanın ehtiyat valyutası kimi mövqeyini möhkəmlədəcək və pul innovasiyalarında qlobal lider olaraq qalmağımızı təmin edəcək. ABŞ Bitcoin-in köməyi ilə borcdan azad ola və amerikalıların fərdi maliyyə azadlıqlarını qoruya biləcək”.

Leave a Reply