ABŞ prezidentliyinə namizəd Donald Tramp iyulun 27-si Tennessi ştatının Nashville şəhərində təşkil edilən “Bitcoin 2024” konfransında çıxışı zamanı, seçiləcəyi təqdirdə SEC rəhbəri Gary Gensleri işdən çıxaracağını və rəqəmsal aktivlərə qarşı müharibəni bitirəcəyini vəd verib. Onun sözlərinə əsasən, ABŞ dünyanın kriptovalyuta paytaxtına çevriləcək.
D.Tramp-ın cıxışındən önəmli sitatlar:
- Mən kriptovalyuta ilə ianə qəbul edən ilk ABŞ prezidentliyinə namizədəm;
- Bitcoin dünyanın super gücüdür. Bitcoin ilə bağlı tədbir görməsək, bunu Çin edəcək;
- Prezidentliyimin ilk günündə şəffaf tənzimləmə qaydaları yaratmaq üçün Bitcoin şurası yaradacağam;
- SEC (ABŞ Qiymətli Kağızlar və Birjaları üzrə Komissiyası) rəhbəri Gary Gensleri işdən çıxaracam;
- Bitcoin dolları təhdid etmir;
- Bitcoin dünyanın 9-cu ən qiymətli aktividir. Bir gün o, qızılı qabaqlayacaq;
- Mənim müddətimin sonuna kimi ABŞ ən ucuz elektrikə sahib olacaq, Amerika 1 nömrəli mayninq ölkəsi olacaq;
- Əgər Bitcoin Aya getsə, mən istəyirəm ki, Amerika onu ora göndərsin;
- Mən prezident olduğum müddətdə heç vaxt CBDC (mərkəzi bankın rəqəmsal valyutası) olmayacaq;
- Heç vaxt bitcoin satmayın, ABŞ hökumətinin bitcoin satmasını dayandıracağam.
Müəllif: Elnur Quliyev

