Vergi ödəyicilərinin vahid qeydiyyat sistemi VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) vasitəsilə həyata keçirilir və vergi ödəyicilərinin edintifikasiya nömrəsi şəklində açıqlanır. Azərbaycan Respublikası vergi məcəlləsinə görə fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər yalnız VÖEN nömrəsi aldıqdan sonra fəaliyyət göstərə bilərlər. Hər bir VÖEN 10 rəqəmdən ibarət olur. Bu rəqəmlərin mənası nədir?
✅ İlk 2 rəqəm hansı rayona aid olduğunu (fotoda rayonlar qeyd edilib);
✅ Sonrakı 6 rəqəm vergi ödəyicinin rayonda neçənci sırada uçota alındığı;
✅ 9-cu rəqəmi sistem özü təsadüfi seçir;
✅ Sonuncu rəqəm isə yalnız 1 və ya 2 ola bilər. 1 – hüquqi şəxs, 2 – fiziki şəxs olduğunu bildirir.

Misal: fiziki şəxs Poladov Ayaz Ramiz oğlu, VÖEN: 1520519872.
- 15 rəqəmi Nərimanov rayonu qeydiyyatını, 20519 rəqəmi sıra sayını göstərir, 7 rəqəmi xüsusi alqoritm vasitəsilə müəyyən edilir, son 2 rəqəm isə vergi ödəyicisinin fiziki şəxs olduğunu göstərir.
Müəllif: Elnur Quliyev
