V.Putin kriptovalyuta mayninqini leqallaşdıran qanun imzaladı

Vladimir Putin avqustun 8-də Rusiyada kriptovalyuta mayninqinin leqallaşdırılmasına icazə verən qanunu imzalayıb. Qanun noyabrın 1-dən qüvvəyə minəcək. Rusiyada kriptovalyutaların dövriyyəsi və mayninqinin tənzimlənməsi haqqında qanun layihəsi iyulun 30-da Dövlət Dumasının deputatları tərəfindən qəbul edilib. Eyni zamanda, xarici ticarət əməliyyatlarında kriptovalyuta ilə eksperimental ödənişlər haqqında qanun qəbul edilib. Bununla da, mayninqin tənzimlənməsi haqqında qanun layihəsi kriptovalyuta maynininqi fəaliyyətini hüquqi sahəyə daxil etməyə imkan verəcək, kriptovalyuta ilə eksperimental hesablaşmalar haqqında qanun isə eksperimental hüquqi rejimlər çərçivəsində xarici ticarət hesablaşmalarına və kriptovalyuta ilə birja ticarətinə imkan verəcək.

Bu qanunun Rusiya üçün əhəmiyyəti nədir?

Qanunvericilik “mayninq”, “mayninq hovuzu (pul)”, “rəqəmsal valyutanın dövriyyəsinin təşkili” anlayışlarını təsbit edəcək, kriptovalyuta mayninq bazarı iştirakçılarının hüquq və vəzifələrini müəyyən edəcək. Qanuna əsasən, yalnız xüsusi reyestrə daxil edilmiş Rusiya hüquqi şəxsləri kripto mayninqlə məşğul ola biləcəklər. Fiziki şəxslər isə müəyyən edilmiş enerji istehlakı həddini aşmamamaq şərti ilə yenə də mayninqlə məşğul ola biləcəklər. Hökumətin müəyyən bölgələrdə və ərazilərdə mayninq fəaliyyətinə məhdudiyyətlər tətbiq etmək imkanı olacaq. Eyni zamanda, rəqəmsal valyutanın dövriyyəsini təşkil etmək məqsədilə rəqəmsal valyutanın, eləcə də malların (işlərin, xidmətlərin) reklamına qadağa qoyulur. Qanun layihəsində Rosfinmonitorinqin xüsusi səlahiyyətləri açıqlanır. Hökumət həmçinin müəyyən region və ərazilərdə mayninq ilə bağlı məhdudiyyətlər tətbiq etmək imkanına malik olacaq.

İlk növbədə qeyd edim ki, bu sahədə hüquqi müəyyənlik müsbət addımdır, çünki “oyun qaydaları” və məsuliyyətin hədləri aydınlaşır. Hesab edirəm ki, mayninqin leqallaşdırılması yeni böyük oyunçuların meydana çıxmasına gətirib çıxaracaq və “köhnələr” isə rəsmi şəkildə işləyərək gəlirlərini leqallaşdırmaq imkanı əldə edəcəklər. Mayninq yolu ilə çirkli pulların yuyulmasının qarşısını almaq üçün maynerlərin identifikasiyası və təhlükəsizliyi olduqca vacibdir faktordur.

Müəllif:  Elnur Quliyev

Leave a Reply