Ən zəngin 10 kripto milyarder

Kriptovalyuta sənayesindəki ən zəngin insanlar cari ildə sərvətlərini təxmini iki dəfədən çox artırıblar. Forbes jurnalı illik “World’s Billionaires List.” qiymətləndirmə əsasında siyahı tərtib edib. 2024-cü ilin ən zəngin kriptovalyuta milyarderləri:

1. Changpeng Zhao – 33 milyard dollar

Changpeng Zhao (CZ) çinli sahibkar və dünyanın ən iri kriptovalyuta birjalarından biri olan Binance-in həmtəsisçisidir. Birja yaratmazdan əvvəl CZ texnologiya şirkətlərində (Bloomberg Tradebook, Fusion Systems və Blockchain.com) çalışıb. CZ, Binance birjasını 2017-ci ilin iyul ayında yaradıb amma hazırda şirkətdə rəhbər vəzifədə deyil, lakin Binance-də 90% səhm sahibidir. 2024-cü ilin may ayında ABŞ məhkəməsi CZ-ni rəhbərlik etdiyi müddətdə Binance-də müştəri yoxlama sistemi və çirkli pulların yuyulmasına qarşı (KYC/AML) sistemini düzgün qurmadığına görə 4 ay həbs cəzasına məhkum etdi. CZ hazırda cəzasını çəkir.

2. Brian Armstrong – 11,2 milyard dollar

Brian Armstrong amerikalı investor və Coinbase kriptovalyuta birjasının yaradıcısıdır. Birjanı qurmazdan əvvəl Armstronq bir neçə texnologiya şirkətlərində, o cümlədən IBM və Airbnb-də proqram mühəndisi kimi çalışıb. 2021-ci ildə Coinbase İPO-ya çıxan ilk kriptovalyuta birjası oldu. Şirkətin səhmlərinin NASDAQ birjasında listinqi bütün kriptovalyuta sənayesinin leqallaşdırılmasında yeni mərhələ oldu.

3. Giancarlo Devasini – 9,2 milyard dollar

Giancarlo Devasini uğurlu kripto-investora çevrilmiş italyan həkimdir. O, dünyada ən populyar stabilkoin olan USDT-nin emitent şirkəti olan Tether-in həmtəsisçisi və maliyyə direktorudur. Plastik cərrahiyyə üzrə təhsil almasına baxmayaraq, Devazini maliyyəçi kimi karyera qurmağı seçərək 2014-cü ildə tərəfdaşları ilə birlikdə Tether-i qurdu. Devazini Tether səhmlərinin təxminən 47%-nə sahibdir.

4. Michael Saylor – 4,4 milyard dollar

Michael Saylor Amerikanın MicroStrategy proqram təminatı şirkətinin həmtəsisçisidir. 2020-ci ildə sahibkar şirkətin vəsaitlərini bitcoin-ə yatırmağa qərar verdi. 4 il sonra bu strategiya dünyanın ən məşhur investisiya şirkətlərindən biri olan Uorren Baffetin Berkshire Hathaway şirkətinin sərmayəsinin gəlirliliyini üstələdi. Cari ilin avqust ayında MicroStrategy 13,771 milyard dollar dəyərində 226,500 BTC-yə sahibdi. Şirkət bitcoin-ni orta hesabla təxminən 37,000 dollara alıb.

5. Paolo Ardoino – 3,9 milyard dollar

Paolo Ardoino Tether şirkətinin baş direktorudur. O, şirkətin əsas ictimai simasıdır və səhmlərin təxminən 20%-nə sahibdir.

6. Jean-Louis van der Velde – 3,9 milyard dollar

Jean-Louis van der Velde 2019-cu ilə qədər Tether şirkətin baş direktoru vəzifəsində çalışıb və hazırda səhmlərin təxminən 20%-nə sahib olmaqla hələ də nüfuzlu fiqur olaraq qalır.

7. Chris Larsen – 3,2 milyard dollar

Chris Larsen ilk kriptovalyuta milyarderlərindən biri adlandırılan amerikalı sahibkardır. O, XRP kriptovalyutasını yaradan Ripple Labs-ın həmtəsisçisidir. Larsen 2016-cı ilin sonunda Ripple-ın baş direktoru vəzifəsini tərk etsə də, hələ də şirkətin icraçı direktoru vəzifəsini icra edir.

8. Fred Ehrsam – xalis sərvəti: 3,2 milyard dollar

Fred Ehrsam Coinbase-in, eləcə də kriptovalyuta investisiya şirkəti Paradigm-in yaradıcısı olub. Fred, karyerasına Goldman Sachs-da başlayıb və 2012-ci ildə Brayan Armstronq ilə Coinbase-i qurub. O, 2017-ci ildə Coinbase-dən ayrılsada, hazırda idarə heyətində qalır və səhmlərin təxminən 4%-nə sahibdir.

9. Matthew Roszak – xalis sərvəti: 3,1 milyard dollar

Matthew Roszak amerikalı vençur kapitalisti və kriptovalyuta investorudur. Roszak blockchain startap şirkəti olan Bloq-un həmtəsisçisi və sədridir. O, ilk kriptovalyutanın qiyməti cəmi bir neçə sent olduğu zaman bitcoin-ə sərmayə edən ilk investorlardan biri olub.

10. Jed McCaleb – 2,9 milyard dollar

Jed McCaleb ilk böyük bitcoin birjası MtGox-un qurucusu və Ripple-ın həmtəsisçisidir. McCaleb 2010-cu ildə MtGox-u yaratsada, bir il sonra birjanı satdı. 2012-ci ildə Ripple-ın həmtəsisçisi olub. Lakin bir il sonra o, digər təsisçilərlə fikir ayrılığı səbəbindən şirkəti tərk etdi. İnvestorun əsas kapitalı Ripple-ın həmtəsisçisi kimi alınan 9 milyard XRP-nin satışından əldə edilib.

Kriptovalyutaların mövcud olduğu müddətdən çoxları onlardan pul qazanmağı bacarıb. Lakin ən çox sərvət əldə edənlər kriptovalyuta sənayesinin formalaşmasının başlanğıcında onun inkişaf potensialını dərk edən insanlar olub. Bu insanların bəziləri sadəcə olaraq rəqəmsal aktivlərə investisiya edib və dəyər artımı ilə kapital əldə ediblər. Bəziləri isə kripto infrastruktur – kripto birja, kriptovalyutalar, mübadilə servisləri, NFT, kripto şirkətlər yaratmaqla daha da çox qazanc əldə etməyi bacarıblar.

Müəllif:  Elnur Quliyev

Leave a Reply