Ernst & Young: İnstitusional investorların 94%-i rəqəmsal aktivlərə pul yatırmağa hazırdır

Dünyanın dörd ən böyük auditor şirkətlər qrupuna daxildı Ernst & Young (EY) şirkətinin hesabatına əsasən, iri institusional şirkətlərin əksəriyyəti blokçeyn, tokenləşdirmə və kriptovalyutaların potensialına inanır və buna görə də rəqəmsal aktivlərə pul yatırmağa hazırdır.

EY analitikləri rəqəmsal aktivlərə dair baxışlarını və tokenləşdirmə ilə bağlı gözləntilərini anlamaq üçün ABŞ, Avropa, Asiya-Sakit Okean, Kanada və Latın Amerikasından olan 277 icraçı direktorlar arasında sorğu keçirib. Bu institusional investorlara ailə ofisləri, investisiya məsləhətçiləri və aktiv menecerləri, ənənəvi hedcinq fondları və pensiya fondları daxildir. Sorğu mart ayında keçirilib və sorğuya həm rəqəmsal aktivlərə və ya əlaqəli məhsullara (kripto fondlar və kripto törəmə alətləri) artıq sərmayə qoyan şirkətlər, həmçinin bu cür investisiyalarda təcrübəsi olmayan şirkətlər daxildir. Respondentlərin 94%-i blokçeyn və kriptovalyutaların uzunmüddətli dəyərinə inanır, 67%-i isə artıq rəqəmsal aktivlərə sərmayə qoyub. Sorğu iştirakçılarının 42%-i 2023-cü ildə kriptovalyutalara və əlaqəli məhsullara investisiyalarını artırıb, 55%-i isə növbəti iki-üç il ərzində kriptovalyutalara investisiyalarını artırmağı planlaşdırır. Böyük korporativ qurumların 68%-i Bitcoin ETP-lərinə investisiya edib və ya investisiya etməyi planlaşdırır, 62%-i isə qeydiyyatdan keçmiş fond vasitəsilə kriptovalyutalara daxil olmağa üstünlük verir.

Respondentlərin 51%-i tokenləşdirilmiş aktivlərə investisiya qoymaqda maraqlıdır, 31% isə bu il və ya gələn il investisiya qoymağa başlamağı planlaşdırır. Eyni zamanda, respondentlərin 44%-i öz aktivlərinin tokenləşdirilməsində maraqlı olduğunu bildirib, onlardan 22%-i 2024-2025-ci illərdə tokenləşdirməyə başlamağı planlaşdırır. İnvestorların 37%-i artıq kriptovalyuta almaq üçün vəsait ayırıb, baxmayaraq ki, onların planları kriptovalyutalara sərmayə qoymağa meyllidir. Qurumların 90%-dən çoxu kriptovalyutaların uzunmüddətli dəyərinə nikbin yanaşır və respondentlərin 80%-dən çoxu kriptoaktivləri investisiya portfelinin diversifikasiyası üçün əsas alət hesab edir. İri investorlar BTC (98%) və ETH-yə (75%) sərmayə qoymağa üstünlük verirlər, üçüncü yerdə SOL kriptovalyutası (24%), 4-cü yerdə XRP (18%) gəlir. Tədqiqatçılar qeyd ediblər ki, Ripple və ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) arasında məhkəmə çəkişməsinə baxmayaraq, XRP qurumlar arasında getdikcə populyar bir aktivə çevrilir.

Xatırladaq ki, “Ernst & Young” (EY) qərargahı İngiltərə-Londonda yerləşən və dünyanın ən nəhəng peşəkar xidmət şəbəkələri sayılan “Böyük Dördlük” şirkətlərindən biridir. Gəlirlərinə görə “Deloitte” və “PWC”-dən sonra üçüncü, əməkdaşlarının sayına görə isə “Deloitte”-dən sonra ikincidir. Təşkilat ayrı-ayrı ölkələrdə üzv şirkətlər və hüquqi şəxslər vasitəsilə fəaliyyət göstərir və şirkətlərə vergi, konsaltinq və məsləhət, maliyyə auditi xidmətləri təklif edir.“Ernst & Young”  şirkətinin nümayəndəliyi  20 ildir ki, Azərbaycanda fəaliyyət göstərir.

Müəllif:  Elnur Quliyev

Leave a Reply