Fumio Kishida: Blockchain sosial problemlərin həlli üçün effektiv alətdir

Yaponiyanın Baş naziri Fumio Kishida 29 avqustda Tokio şəhərində keçirilən “WebX 2024” konfransında çıxışı zamanı bildirib ki, blokçeyn və Web3 sahəsində startapları sosial problemlərin həlli üçün effektiv vasitədir. Baş Nazir qeyd edib ki, Yaponiya hökuməti blokçeyn və Web3 sənayesinin inkişafı üçün infrastrukturun yaradılması üzərində işləri davam etdirəcək. Onun sözlərinə görə, blokçeyn cəmiyyətin sosial problemlərinin həlli, daha dəqiq desək, ahılların və hərəkət qabiliyyəti məhdud olan insanların dövlət xidmətlərinə çıxışının yaxşılaşdırılması, dövlət qurumlarının saxlanması üçün büdcə xərclərinin azaldılması və milli iqtisadiyyatın artımının artırılması üçün istifadə olunacaq.

Leave a Reply