Chain Reaction Baku 2024

10-11 sentyabr tarixlərində Bakıda “Chain Reaction 2024” konfransı keçiriləcək. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “FARI Solutions” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə süni intellekt, blokçeyn texnologiyası, web3, fintex və kriptovalyutalar kimi mövzular müzakirə olunacaq. Konfransda xarici və yerli şirkətlərin aparıcı ekspertləri və top-menecerlərinin iştirakı ilə məruzələr dinləniləcək, panel müzakirələri və dəyirmi masalar keçiriləcək. Tədbirin əsas məqsədi texnologiya mütəxəssislərinin, kriptovalyuta həvəskarlarının və sənayedə yeni olanların müsair inkişafı tendensiyaları ilə taniş etmək və məlumatlı olmasını təmin etməkdir. “Chain Reaction 2024” dövriyyəsinə görə dünyanın ən iri kriptovalyuta birjası olan Binance tərəfindən dəstəklənir.

Tədbirdə Binance birjasının qlobal marketinq direktoru və regional bazarlar üzrə rəhbəri Rachel Conlan və Vishal Sacheendran çıxış edəcəklər. Bununla yanaşı tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin prezidenti İnarə Vəliyeva, Azərbaycan 4-cü Sənaye İnqilabı Mərkəzinin icraçı direktoru Fariz Cəfərov eləcə də, Lixtenşteyn Maliyyə Bazarının İnnovasiya və Rəqəmsallaşma ofisinin direktor müavini Dr. Angelika Layr kimi hökümət rəsmiləri də iştirak edəcək. Tədbirdə çıxış edəcək spikerlərin siyahısı

Chain Reaction – sizi ilhamlandıracaq və əyləndirəcək dinamik, interaktiv innovativ bir tədbirdir. Tədbirdə rəqəmsal iqtisadiyyatın qabaqcılları ilə şəbəkə qurmaq, ən yaxşılardan öyrənmək və praktiki seminarlarda və hakatonlarda iştirak etmək imkanınız olacaq. “Chain Reaction 2024” konfransında iştirak etmək üçün regionun ən innovativ blokçeyn startapları cəlb ediləcək, onların arasında müsabiqələr keçiriləcək. İki gün ərzində panellər, vörkşoplar və təqdimatlar da daxil olmaqla 30-dan çox müxtəlif sessiyalar təşkil olunacaq.

Tədbir “Marriott Boulevard Hotel”-də keçiriləcək və iştirak etmək üçün qeydiyyat linki

“Chain Reaction 2024” haqqında əlavə məlumat üçün aşağıdakı resurslardan istifadə edə bilərsiz:

website: https://chainreaction.farisolutions.com/
LinkedIn: https://www.linkedin.com/company/fari-solutions
Twitter/X: https://twitter.com/farisolutions
Instagram: https://www.instagram.com/fari.media/

  “Chain Reaction 2024” zamanı tərəfdaşlar öz brendlərini müxtəlif auditoriyaya nümayiş etdirmək üçün unikal platformaya sahib olacaqlar, iştirakçılar isə sənaye liderlərinin seminarlarından faydalanmaq imkanı əldə edəcəklər.

Müəllif:  Elnur Quliyev

Leave a Reply