Dünyanın ən iri ödəniş sistemi operatorlarından biri olan MasterCard kripto kart proqramının istifadəyə verildiyini elan edib. MasterCard alış-veriş üçün ödəniş etməyə imkan verən yeni ödəniş alətini (Crypto Card) bazara çıxarmaq niyyətindədir. Ödəniş həllinin işə salınması istifadəçinin kriptovalyuta pul kisəsini MastercCard ödəniş sistemi ilə əlaqələndirməyə imkan verəcək. Bunun sayəsində kriptovalyuta aktivlərinin sahibi öz vəsaitlərini dünyanın bu sistemin bank kartlarının ödəniş üçün qəbul edildiyi bütün yerlərində alış-veriş etmək üçün istifadə edə biləcək. Kriptokartların emissiyası MasterСard-ın şəxsi “Crypto Credential” proqram paketi əsasında həyata keçiriləcək. Kripto kartlar rəqəmsal xidmət təminatçıları olan Tap Global, Nexo və Gemini birjasının dəstəyi ilə həyata keçiriləcək.
MasteCard-ın kriptovalyuta və blokçeyn şöbəsinin rəhbəri Raj Dhamodharan: “MasterCard həlli müştərilərə kriptovalyutalarını adi bank kartları ilə asanlıqla xərcləməyə imkan verəcək. Mercuruo ilə əməkdaşlığımız sayəsində biz blokçeyn və adi ödənişlər arasında ənənəvi maneələri aradan qaldırırıq, rəqəmsal aktivlərini xərcləmək istəyən istehlakçılara Mastercard-ın qəbul edildiyi hər yerdə bunu etmək üçün sadə, etibarlı və təhlükəsiz üsul təqdim edirik. Əslində, bu, beynəlxalq ödəniş sisteminə qoşulmuş rəqəmsal pul kisəsidir. Biz müştərilərə, satıcılara və bizneslərə rəqəmsal dəyəri istədikləri kimi köçürmək üçün buradayıq. Bu, sizin seçiminiz və pulunuzdur.”

