17-19 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində “Çin şirkətləri və məhsulları” sərgisi keçiriləcək. “Shanghai Kanchen Exhibition Co.,Ltd” və “International Club of manufacturers, exporters and importers” şirkətlərinin təşkilatı dəstəyi ilə təşkil edilən sərgidə müxtəlif sahə üzrə məhsul istehsal edən 80-nə yaxın çin şirkətinin məhsulları təqdim ediləcək. Sərgidə yerli istehsalçılar, çindən idxalçılar, logistika şirkətləri iştirak edəcək, avtosalonlar Çin avtomobil brendləri nümayiş etdiriləcək. Rəsmi açılış 17 sentyabr saat 10.30 olacaq. Sərgidə iştirak ödənişsizdir. Ziyarətçilər üçün qeydiyyat linki: https://az.b2bagro.ru/chin-sergisi-2024

Çin şirkətləri Azərbaycanda topdan alıcılar, tərəfdaşlar və distribyutorlar axtarırlar. Yeni biznes qurmaq, məhsul çeşidinizi genişləndirmək və yeni məhsullar satmaq üçün bu sərgidən faydalana bilərsiniz. Çin şirkətlərinin nümayəndələri ilə bir-başa görüşlər keçirə biləcəksiniz.
Ətraflı məlumat üçün: 0504755728

