ABŞ prezidentliyinə namizəd Donald Tramp sentyabrın 19-u Nyu York şəhərində PubKey barında burgerlərin pulunu ödəyərək həyatında ilk əməliyyatı bitcoin ilə edib. Bununla da, D.Tramp ödəniş haqqını kriptovalyuta ilə açıq şəkildə ödəyən ilk Amerika lideri oldu. Tramp bara daxil olanda gurultulu alqışlarla qarşılanıb. Eks-prezident qonaqlara “Kim burger istəyər?” deyib və bara gələn bütün insanları burgerlə qonaq edərək, onların pulunu bitcoin ilə ödəyib. Barın sahibi Drew Armstronq D.Trampın onlarla burgerə 1000 dollara yaxın pul xərclədiyini deyib.
Bu, Trampın “rəqəmsal aktivlər icması ilə dostluq etmək” üçün növbəti cəhdidir. O, əvvəllki çıxışlarında söz vermişdi ki, Ağ Evə qayıtsa, ABŞ-ı kriptovalyutaların “dünya paytaxtına” çevriləcək və ölkədə bitcoin ilə milli strateji ehtiyatı yaradılacaq.
