CoinATMradar.com-ın 30.09.2024 tarixinə olan məlumatına əsasən dünyada 38.173 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 78%-də kriptovalyutaları yalnız almaq, 22%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 100%-i Bitcoin, 55.3%-i Litecoin, 53.8%-i Ethereum, 25.8% Dogecoin, 24%-i Bitcoin Cash, 22.5%-i Tether (USDT), 17.4%-i USD Coin dəstəkləyir.

Bankomatların 93.6%-i Amerika, 4.9%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 31330, Kanada- 3111, Avstraliya- 1207, İspaniya-310, Polşa-283, Almaniya-179, Rumıniya-141, Isveçrə-139, Avstriya-108, Gürcüstan-121, İtaliya- 111, Salvador-105 və s.
Kripto bankomantların dünyada illər üzrə sayı:
- 2015-ci il – 503 ədəd
- 2016-cı il – 954 ədəd
- 2017-ci il – 2.028 ədəd
- 2018-ci il – 4.109 ədəd
- 2019-cu il – 6.387 ədəd
- 2020-ci il – 13.661 ədəd
- 2021-ci il – 34.062 ədəd
- 2022-ci il – 38.602 ədəd
- 2023-cü il – 33.623 ədəd

Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.
Məlumat üçün qeyd edim ki, ilk bitcoin bankomat 29 oktyabr 2013-cü ildə Kanadanın Vankuver şəhərində yerləşən “Waves Coffee House” kafedə istifadəyə verilib. İkinci bitcoin-ATM isə 2013-ci il noyabr ayında Slovakiyanın Bratislava şəhərində quraşdırılıb. ABŞ-da ilk bankomat 18 fevral 2014-cü ildə Nyu Meksiko ştatının Albukerke şəhərində istifadəyə verilib.
Müəllif: Elnur Quliyev
