Naxçıvanda “KOB Fest” sərgi-satış yarmarkası

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 4-6 oktyabr tarixlərində Naxçıvan şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək. “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi sahibkarların istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını artırmaqdır. Yarmarka sahibkarlıq subyektlərinin, sənətkarların və yaradıcı şəxslərin məhsullarının satışına dəstək olmağı, istehsalçı və təchizatçı şirkətləri bir platformada toplamaqla onlar arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram və master klasslar təşkil olunacaqdır. 

Sərgidə ETE Group MMC milli panko brendləri olan “ERA Panko” və “ETE Panko” məhsulları ilə təmsil olunacaq. ETE Group MMC panko məhsulunun Azərbaycanda ilk və yeganə istehsalçısı şirkətidir. Şirkətin əsas məqsədi ölkə istehlakçılarına premium panko məhsulunu tanıtdırmaq, daxili bazarın ehtiyaclarını qarşılaya bilən, keyfiyyət, dizayn və qiymət baxımından yüksək rəqabətli milli brendi yaratmaqdır. Hazırda şirkətin ERA Panko və ETE Panko adlı iki brendi var. ETE Group MMC-nin strateji missiyası idxalı əvəz edən və ixrac potensialı olan “Made in Azerbaijan” milli panko brendini dünyaya tanıtmaqdır.

Leave a Reply