USDT stabilkoinin emitenti olan Tether Holdings Limited-in rəhbəri Paolo Ardoino, Cointelegraph-a verdiyi müsahibədə şirkətin ABŞ ilə yaxşı münasibətlər saxlamaq üçün mümkün olan hər şeyi etdiyini deyib. Tether CEO-su stabilkoinlərə ən böyük tələbatın Avropa və ABŞ-da deyil, Argentina, Türkiyə və Vyetnam kimi inkişaf etməkdə olan ölkələrdə cəmləşdiyini vurğuladı. Bu ölkələrin vətəndaşlarının mütamədi olaraq ABŞ dollarına çıxışına ehtiyacı var.
Paolo Ardoino: “Düşünürəm ki, Tether ABŞ hökumətinin ən yaxşı dostudur çünki biz Almaniyadan daha çox ABŞ Xəzinədarlığının veksellərinə sahibik. Siz bizə dollar göndərirsiz, biz də eyni məbləğə USDT göndəririk. Siz bizə USDT göndərirsiniz, biz də sizə dollarları qaytarırıq. Sonra biz ehtiyatları ABŞ Xəzinədarlığı veksellərinə və bir sıra digər təhlükəsiz aktivlərə yatırırıq. Bu qədər sadədir.”

