Oktyabrın 8-də rejisor Cullen Hoback tərəfindən HBO-nun yeni “Elektron pullar: Bitcoin sirri” (Electric Money: The Bitcoin Mystery) sənədli filmi nümayiş olundu. Film, kriptovalyuta həvəskarlarını, o cümlədən devoloperləri, ilk vaxtlarda bitcoin istifadəçilərini və maliyyə ekspertlərini bir araya gətirdi. Sənədli filmdə Bitcoin-in yaradıcısı Satoshi Nakamoto-nun əsl şəxsiyyəti ilə bağlı araşdırma aparılıb. Rejissor Satoshi Nakomoto təxəllüsündən istifadə edən Bitcoin-in sirli yaradıcısının 39 yaşlı developer Peter Todd olduğunu təxmin edib. Sənədli film Peter Toddun Satoşi Nakamoto ola biləcəyinə inandırıcı bir iddia ortaya qoyub. İlk növbədə, Todd kriptoqrafiya və blokçeyn texnologiyasının prinsiplərini dərindən bilir. O, əvvəldən Bitcoin-in inkişafı ilə məşğul olub və müxtəlif protokolların hazırlanmasında öz töhfəsini verib. Bundan əlavə, Todd forumlarda onlayn kriptovalyuta müzakirələrində fəal iştirak edib və Bitcoin-in ilk illərində əsas icma üzvlərindən biri olub. Toddun bilik və bacarıq səviyyəsi ilk kriptovalyuta yaratmaq üçün tələb olunan səviyyəyə tam uyğun gəlir.

Peter Todd özü Bitcoin-in yaradılmasında iştirakının “sübutlarını” inandırıcı hesab etməyib. Todd filmi “məsuliyyətsiz” adlandırıb çünki HBO rejissorun fərziyyələrini müzakirə etmək üçün onunla heç əlaqə saxlamayıb.

Məlumat üçün qeyd edək ki, uzun illər avstraliyalı sahibkar Craig Wright Satoşi Nakamoto adlanmaq şərəfi uğrunda mübarizə aparmış, çoxsaylı hüquqi döyüşlərdə bunu sübut etməyə çalışmışdır. Yalnız 2024-cü ilin iyul ayında C.Wright ilk kriptovalyutanı icad etmədiyini və yalan ifadə verdiyini etiraf etdi.

Müəllif: Elnur Quliyev
