Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli Fərmanı ilə Əmək Məcəlləsində edilən dəyişikliyə əsasən ölkəmizdə əmək müqavilələri və əmək müqaviləsinə edilən dəyişikliklər gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra hüquqi qüvvəyə minir. Müqavilələrin imzalanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və məşğulluq” altsistemi (ƏMAS) platforması üzərindən SİMA rəqəmsal imza, Elektron imza (SİMA Token) və Asan Imza ilə həyata keçirilir. İşçi və işəgötürənlər müqaviləni imzalamaq üçün digər gücləndirilmiş imzalarla yanaşı, SİMA yeni nəsil rəqəmsal imza ƏMAS-a uğurla inteqrasiya edilib. Əmək müqaviləsinin onlayn imzalaması üçün ən asan və sadə qaydası “SİMA İmza” ilə mümkündür.
SİMA İmza ilə əmək müqaviləni ƏMAS-da onlayn imzalama qaydası:
