Bitcoin oktyabrın 14-ü 65.000 dollarlıq həddi keçərək 66.299 dollara qədər bahlaşmağı bacardı. Bahalaşmaya əsas səbəb Çin hakimiyyətinin stimullaşdırıcı tədbirlərin genişləndirilməsi gözləntiləri ilə bağlı Asiya fond bazarlarının müsbət dinamikası olub. Bundan əlavə, Trampın seçkilərdə qalib gəlmə şansının artması və kriptovalyuta fondlarına yenidən investisiya daxilolmaları xəbərləri kriptovalyuta bazarında qiymətlərin artmasına təsir edib. Hazırda CoinMarketCap.com-a əsasən 14.10.2024 tarixinə kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin bazar kapitalizasiyası 2.3 trilyon dollardır. Bitcoin-in qiyməti hazırda 65.855 dollar, bazar kapitalizasiyası isə 1.3 trilyon dollarla ümumi bazar kapitalizasiyasının 56.8.%-ni təşkil edir.

Müəllif: Elnur Quliyev
