Bitcoin White Paper – 16 il

    Satoşi Nakomoto 31 okytabr 2008-ci ildə “Bitcoin: A Peer-to-Peer Electronic Cash System”adlı sənədi (Bitcoin White Paper) internetdə dərc etməklə ilk kriptovalyuta olan bitcoin-in tarixi başladı. Texniki sənəddə maliyyə texnologiyaları dünyasında inqilab edən ödəniş sisteminin iş prinsipi təsvir edilmişdi. Bitcoin ilə bağlı məlumat (Bitcoin White Paper) ilk dəfə internetdə 31 oktyabr 2008-ci ildə yayılsa da real olaraq ilk bitcoin 2009-cu il yanvarın 3-ü yaradlıb. Bu səbəbdən kripto cəmiyyətin bəzi nüməyəndələri bitcoin-in əsl “doğum günü“-nün ilk blokunun yaradılması tarixi ilə yəni 03.01.2009-da, bəziləri isə 31.10.2008 olduğunu iddia edirlər.

16 il ərzində bitcoin uzun bir yol keçərək güclü maliyyə alətinə çevrilməyi bacardı. İctimai şirkətlər, fondlar və dövlətlər ilk kriptovalyutaya sərmayə qoyur və hazırda dünyanın aparıcı siyasətçiləri, iqtisadçıları kripto investisiyaları dəstəkləyir.

Leave a Reply