Coinbase birjası VİSA ilə kripto ödənişləri inteqrasiya etdi

Amerikanın populyar kriptovalyuta birjası Coinbase və beynəlxalq ödəniş sistemi VİSA tərəfdaşlıq müqaviləsi imzalayıb. Bunun sayəsində ABŞ və Avropa İttifaqından olan birja müştəriləri VİSA debet kartlarından istifadə edərək kriptovalyuta ala biləcəklər. VİSA bildirib ki, Coinbase birjasının hesablarına bağlı VİSA debet kartları olan milyonlarla istifadəçisi var və indi onlar Visa Direct şəbəkəsi vasitəsilə real vaxt rejimində rəqəmsal aktivləri mədaxil, məxaric və ala biləcək. VİSA debet kartlarına sahib ABŞ və Avropa İttifaqı müştəriləri Coinbase hesablarına vəsait qoya və çıxara biləcəklər.

Coinbase birjası qeyd edib ki, VİSA ilə əməkdaşlıq müqaviləsi platforma müştəriləri üçün iqtisadi azadlığı artıracaq və onlara öz vəsaitlərini mümkün qədər çevik və təhlükəsiz şəkildə idarə etmək imkanı verəcək. Visa Direct ilə Coinbase müştəriləri kriptovalyutaları tez və təhlükəsiz şəkildə köçürə biləcəklər və ənənəvi maliyyə və kriptovalyuta sənayeləri bir-birinə daha da bağlı olacaq.

Leave a Reply