ABŞ prezidentliyinə keçmiş namizəd Robert Kennedy Jr bitcoin-i amerikalılarının inflyasiyaya qarşı “gizli silahı” adlandırıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Səhiyyə və İnsan Xidmətləri Naziri vəzifəsinə təyin etmək niyyətində olduğu Kennedy, bitcoin-ə dəstəyini bir daha təkrarlayıb. Onun sözlərinə görə, bitcoin qlobal ehtiyat valyutası kimi ABŞ dollarının reytinqinin aşağı salınmasına qarşı ən yaxşı vasitədir və o, ABŞ-ın artan dövlət borcundan xilas edə bilər.
Robert Kennedy Jr: “Bitcoin azadlığın valyutasıdır, orta səviyyəli amerikalılar üçün inflyasiyadan qoruyur. BTS dünyanın ehtiyat valyutası kimi dolları gücləndirmək və dövlət borcundan xilas etmək üçün bir vasitədir.”

