Bitcoin və əsas alternativ kriptovalyutaların yaradılmasının arxasında duran ideya təhlükəsizlik, rahatlıq, əməliyyat sürəti və cəmiyyət üçün fayda idi. Amma son bir neçə ildə heç bir faydası və daxili dəyəri olmayan memkoinlər populyarlıq qazanmağa başlayıb. Memkoinlərə investisiya edənlərin əsas məqsədı qısa zamanda daha çox qazanmaqdır.
Memkoin nədir?
Memkoin (MemeCoin) heç bir fundamental dəyəri olmayan, əyləncə və zarafat məqsədi ilə yaradılmış kripto aktivlərdi. Çox vaxt belə kriptovalyutaların yaradıcıları layihəni inkişaf etdirmək fikrində olmadıqlarını əvvəlcədən elan etsələr belə, istifadəçilər qısa müddət ərzində dəyərindən dəfələrlə gəlir əldə etmək ümidi ilə mem tokenlərini almağa davam edirlər. Memkoinlərin populyarlığının yeni dalğası 2024-cü ilin əvvəlindən başlayıb. Digər aktivlərdə olduğu kimi, memkoinlərin qiyməti tələb və təklifdən asılıdır. Həmçinin, bu aktiv sinfinin yüksək manipulyasiya xarakterinə görə, qeyd etmək lazımdır ki, memkoinlərin qiymətinə onların yaradıcıları və onlara simpatiyası olan ictimai nüfuzlu şəxslər daha çox təsir edir. Hesab edirəm ki, memkoinlər zahirən yüksək gəlirli aktivlər kimi görsənsə də, son dərəcə qeyri-şəffaf bir sahədir. Bir çox istifadəçilər mem layihələrə investisiya qoymağa çalışarkən pul itirirlər. Buna görə də, memkoinə investisiya etmək qərarına gəldikdə, bütün qoyulmuş vəsaitlərin tamamilə itirilməsi risklərini başa düşmək lazımdır.

Memkoinlər uzunmüddətli mövqedə etibarsız və kifayət qədər riskli kripto aktivlər olsa da hazırda onların sayı sürətlə artır və investisiya aləti kimi ciddi qazanc verməkdə davam edir. Hazırda bazar kapitalizasiyasına görə “Top 10” memcoinlər:

Müəllif: Elnur Quliyev
