Azərbaycanın ilk biznes TV kanalı olan arb24 TV-də kriptovalyuta bazarında mövcud vəziyyət və qiymətlərə təsir edən əsas faktorlar müzakirə edilib. Rəhman Rəsulovun təqdimatında “İş vaxtı” verlişində maliyyə və rəqəmsal valyutalar üzrə ekspert Elnur Quliyev ilə bitcoin-in qiymətinin 99.000 dollara qalxmasının səbəbləri və ümumiyyətlə maliyyə bazarlarında qiymətlərinin qalxmasına təsir edən fundamental faktorlar müzakirə edilib.


