Kripto milyonerlərin sayı 95% artıb

Henley & Partners 2024-cü il üçün “kriptovalyuta sərvəti” haqqında hesabat hazırlayıb. Hesabata əsasən hazırda dünyada 1 milyon dollar və ya daha çox kriptovalyuta aktivinə sahib olan 172.300 insan var. Henley & Partners ekspertləri bildirdilər ki, var-dövlətinin əsasını rəqəmsal aktivlərə investisiya edən yeni maliyyə elitasını formalaşır. Əvvəlki nəsillərdə sərvət əsasən əmlak və qiymətli kağızlar vasitəsilə yaradılıb. Hazırda isə bitcoin, ethereum, NFT tokenləri, memkoinlər, kriptovalyuta mədənçiliyindən qaynaqlanır və hətta çox cuzi kapital ilə milyonlar qazanmaq imkanı yaranır. Analitiklər kriptovalyuta bazarının kapitallaşmasının 89% artması fonunda 100 milyon dollar və daha çox dəyərində aktivlərə sahib kripto-milyonerlərin sayının 79% artaraq 325 nəfərə çatdığını bildirib. Tədqiqatda böyük investorların sərvətində artımın əsas mənbəyinə çevrilmiş bitcoin-in əhəmiyyətli təsiri qeyd olunur. Hazırda dünyada 1 milyon dollardan çox kriptovalyuta aktivinə sahib olan 172.300 insan var ki, bu da bir il əvvəllə müqayisədə 95% çoxdur. Bununla yanaşı, bitkoin milyonçularının sayı 111% artaraq 85.400 nəfərə çatıb.

Henley & Partners-a görə, kriptovalyuta investorları üçün ən əlverişli ölkələrin reytinqinin ilk üç sırasına Sinqapur, Honq-Konq və Birləşmiş Ərəb Əmirlikləri başçılıq edir. Bu üç ölkədən heç biri kapital artımı vergisi tutmur, bu, xüsusən də varlı kripto investorları üçün əhəmiyyətli bir üstünlükdür.

Müəllif:  Elnur Quliyev

Leave a Reply