VIII Beynəlxalq Bankçılıq Forumu

Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində 3-4 dekabr 2024-cü il tarixində ənənəvi “VIII Beynəlxalq Bankçılıq Forumu” keçiriləcək. İki gün davam edəcək Forumda aidiyyatlı dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur. Forum “ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ” devizi ilə keçiriləcək.

Forumda 50-dən çox spikerin çıxış edəcəyi Rəqəmsal transformasiya, Data analita strategiyaları, Ödənişlərin təkamülü, Açıq bankçılıq, Kibertəhlükəsizlik trendləri adlı panel müzakirələr aparılacaq. Tədbir haqqında (məruzəçilər, tədbirin gündəliyi) əlavə məlumat: www.gbmevents.az

Bir cavab yazın